Rus dili və ədəbiyyat həftəsi

2018-ci il 22-26 yanvar tarixlərində məktəbimizdə “Rus dili və ədəbiyyat həftəsi” keçirmişdi. Maraqlı və fərqli bir formatda təşkil edilmiş həftə ərzində I yarımildə tədris edilmiş əsərlər əsasında çəkilmiş ən yaxşı illüstrasiya müsabiqəsi keçirilmişdir. ”Rus dilinin qramatikası” mövzusunda məlumatverici və baxımlı divar qəzetləri, bülletenləri bütün şagirdlər təfəfindən maraqla izlənilmişdir.
“Həftədə” fəal iştirak etmiş bütün şagirdlər diplomlarla, ilk 3 yerin qalibləri isə hədiyyələrlə mükafatlandırılmışlar.