Moskvalı mötəbər qonaqlarla görüş

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Moskva şəhərinin bir qrup təhsil işçisi – Moskva şəhər  «Məktəb 1532» DBÜM -nin direktoru,Rusiya Federasiyasının Fəxri təhsil işçisi, Paytaxt Direktorlar Liqasının üzvü,MŞTD Şəhər Attestasiya Komissiyasının üzvü, Moskva şəhəri Tyoplıy Stan  Rayon Bələdiyyə yığıncağının deputatı, Moskva şəhəri Tyoplıy Stan rayonları təhsil müəssisələri RDŞ-nin sədri  Marqarita Butırskaya, «Məktəb 1273» DBÜM nin direktoru, Konkova  Rayon Bələdiyyə Yığıncağının  deputatı, biologiya elmləri namizədi Mixail Popov, «Məktəb 1507» DMÜM –nin direktoru Tyoplıy Stan Rayon Bələdiyyə Yığıncağının deputatı Aleksandr Şuvalov, «Məktəb 49» DMÜM-nin direktoru Viktor Mixaylov, Moskva şəhəri “Hüquqi Yardım Mərkəzi Müstəqil Qeyri-Komerssiya təşkilatının direktoru, Siyasi elmlər namizədi Serqey Kandrikov məktəbimizdə oldular.

Məktəbin direktoru, rus bölməsi üzrə tədris işləri üzrə müavin, rus dili və ədəbiyyat fənn m\b sədri tərəfindən qəbul edilən qonaqlara görüşdə respublikamızın təhsil sistemindəki yeniliklər barədə məlumat verilməklə bərabər, məktəbimizin təhsil sahəsindəki uğurlarından söz açıldı.Yuxarı sinif şagirdlərinin ifasında rus və dünya ədəbiyyatı nümunələrindən səslənən bədii parçalar ,keçən il Moskva şəhərində keçirilən Beynəlxalq rus dili olimpiadasının qalibi, məktəbimizin XI sinif şagirdi Rəhimə Abbasovanın səfər təəssüratları qonaqlar tərəfindən məmnunluqla qarşılandı. M\b sədri Nüşabə Orduxanova tədris prosesi və məktəbdənkənar tədbirlər barədə qonaqlara ətraflı məlumat verdi.    I və II siniflərdə dərs prosesində  şagirdlərimizin fəallığı, müstəqil fikir yürütmə qabiliyyəti, müəllim və qonaqların suallarına şagirdlərimizin məntiqli cavabları qonaqlarda xoş təəccüb hissi ilə qarşılandı. 2 saatadək davam edən görüşdə qonaqlar Rusiya və Azərbaycan təhsilindəki oxşar yeniliklər, problemlərdən söz açmaqla bərabər, belə görüşlərin, qarşılıqlı əməkdaşlığın önəmini  qeyd etdilər. Sonda qonaqlarla xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi