İngilis dili danışıq mərkəzinin açılışı

Təhsil Nazirliyinin British Council təşkilatı ilə birgə təhsil müəssisələrində həyata keçirdiyi layihələrdən biri də “İngilis dili danışıq mərkəzi”nin yaradılmasıdır. Bu mərkəzin yaradılmasında məqsəd şagirdlərin ingilis dilində danışıq qabiliyyətinin formalaşdırılması, şagirdlər arasında bu dildə mütaliə vərdişlərinin aşılanması, şagirdlərdə müstəqillik, yaradıcılıq qabiliyyətlərinin təkmilləşdirilməsindən ibarətdir. Belə mərkəzlərdən birinin də bu gün bizim məktəbimizdə açılışı oldu. Açılısda British Councilin direktoru Xanim Elizabet, Təhsil Nazirliyinin İnkişaf Proqramları şöbəsinin əməkdaşı Orxan Abbasov, BŞTİ-nin İnkişaf Layihələri sektorunun müdiri Anar Qədiməliyev və layihədə iştirakı nəzərdə tutulan məktəblərin rəhbərləri iştirak etmişlər.