Qəhrəmanlıq tariximizin “20 Yanvar” səhifəsi

Bu gün məktəbimizdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edildi. Məktəbin bütün sinifləri birinci dərsə şəhidlərin əziz xatirəsini yad etməklə başladı. Bəzi siniflər şəhidlərlə bağlı rəsm əsərləri, bəziləri isə kiçik kompozisiyalar nümayiş etdirdi.

Məktəbin akt zalında isə 20 Yanvar hadisələrinə həsr olunmuş “Azadlığa aparan yol” adlı ədəbi – bədii kompozisiya dil - ədəbiyyat müəllimi Pərvanə Səfərəliyeva tərəfindən keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Al qərənfillərlə bəzədilmiş səhnədə 8 “b” sinif şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər söylənildi, bu hadisələri əks etdirən videoçarx nümayiş etdirildi. Məktəbin tarix müəllimi Firuzə Məmmədli şagirdləri xəyalən o illərə apardı. Faciənin törəmə səbəblərindən, o dövrün xronoloji hadisələrindən söhbət açdı. Azərbaycan Milli Konservatoriyasının II kurs tələbələri Elşən Məmmədov və Telman Budaqovun ifasında “Şəhid arzuları” və “Şəhidlər xiyabanı” mahnısı səsləndi.

Tədbir gələcəyə inam, qələbəyə böyük ümidlərlə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi