Ümummilli lider Heydər Əliyevin anım günü

Bu gün məktəbimizdə Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub. Məktəbin foyesində Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, onun şərəfli ömür yolunu özündə əks etdirən videoçarx nümayiş etdirilib. Məktəbimizin II – IX sinif şagirdlərinin gün ərzində bu il məktəbdə yaradılan Heydər Əliyev muzeyinə ziyarəti təşkil edilib. Muzeydə şagirdlər məktəbin direktoru və tarix müəllimi Samirə Nəsibovanın Ulu Öndərin ömür yolu, siyasi fəaliyyəti barədə maraqlı söhbətlərini dinləmiş, eksponatlarla tanış olmuşlar. Muzeydə X–XI sinif şagirdlərinin iştirakı ilə təşkil edilən Dəyirmi masada şagirdlər tərəfindən Ulu Öndərlə bağlı səslənən sevgidolu fikirləri dinlədikcə Əbədiyaşar Heydər Əliyevin “Nə qədər ki, Azərbaycan var, Mən də varam Mən isə Azərbaycanda daim olacağam” – kəlamına inamımızı artırır və Ümummilli liderə olan əvəzsiz sevginin, onunla bağlı fəxarət və qürur hissinin zaman – zaman artacağına, aşıb – daşacağına bizləri inandırır. Məktəbin akt zalında keçən ədəbi – bədii kompozisiya da kövrək hislərlə üzvi surətdə bağlılıq yaradaraq anım gününə xüsusi rəng qatmış oldu. “Dünyanı işıqlatmaq üçün qəlbini yaxdın, Şimşək kimi çaxdın. Qəlbin alovundan axan amal işığında Sən əsrinə baxdın. Çəkdin min ömürlük yükü sən bircə ömürdə “Xalqım” – deyə xalq ömrünə ulduz kimi axdın – deyən şagirdlər Ümummilli liderin həyat və fəaliyyət tarixçəsini vərəqlədilər. Tədbirdə nümayiş etdirilən slaydlar və videoçarxlar, xüsusilə, Ulu öndərin “El bilir ki, sən mənimsən”- deyərək qəhərlənməsi, sevimli nəvəsi Leylanın illər öncəsi babasına həsr etdiyi şeirin və ona bəstələnmiş həzin nəğmənin səsləndirilməsi hər kəsdə kövrək hislər oyatdı. Xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasından seçilmiş parçalar şagirdlərin ifasında çox təbii və təsirli səsləndi, “Zərifə sevgisi, Heydər sevinci” dilə gəldi. Azərbaycanın Yeni tarixini yazan əbədiyaşar lider:- “Layiqəmmi mən?” – deyə, sanki, auditoriyaya xitab etdi. Və əminliklə cavablandırıldı: “Azərbaycan eşqinə Neçə-neçə sınaqdan mən üzüağ çıxmışam.... Diriyəm, əbədiyəm, Möhtəşəməm, canlıyam... Məktəbin direktoru Ceyran xanım Kuliyeva Ümummilli liderin ruhuna ehtiramını bildirərək:- “Heydər Əliyev yeni dünyanın adamıdır.O,bütöv bir epoxanın rəmzi olan tarixi şəxsiyyətdir.Tarix bu cür şəxsiyyətləri çox az yetişdirir.Onun əvəzi yoxdur.O,Tanrının möcüzəsidir!” – deyə tədbiri yekunlaşdırdı. Ruhun qarşısında baş əyirik , Əbədiyaşar Liderimiz !
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi