Xoş anları yaşadanlara minnətdarıq

Məktəbdə  silsilə bilik yarışmalarından  ən arzuolunanı, ən qızğını və coşquya səbəb olanı - “Nə? Harada?  Nə zaman?“  intellektual yarışının 2017-ci ildə son mücadiləsi, mübarizəsi keçirildi. Hər zaman olduğu kimi bu oyunda da  mücadilə müəllimlərlə öz yetirmələri – şagirdlər arasında gedirdi. “Bilicilər” komandası bu yarışmalarda artıq bərkdən-boşdan çıxmış 11f  sinif şagirdlərindən ibarət idi.  Dilbər, Nigar, İbrahim, Səriyyə, Anjelika, Fazil və komandanın sadiq kapitanı Heydər Səfərov  masa arxasında çox iddialı görünürdülər. “Bilicilər” qarşısında Rzayeva Xanım (Azərbaycan dili),Rzayeva Sevda(rus dili), Adıgözəlova Nərminə (kimya), Nəsibova Samirə,Tağıyeva Sevil (tarix), Kazımzadə Fəridə (coğrafiya), Qarayeva Sevil (fizika), Nadirova Sevda (biologiya) tərəfindən  ünvanlanmış düşündürücü,məntiqə əsaslanan sualları və oyunun formatına uyğun olaraq 3 sualdan ibarət “Superblits”i  cavablandırmaq, “Qara qutu”  da “gizlədilmiş” əşyanı tapmaq, təqdim olunmuş şəklin mənasını açıqlamaq, saniyələr ərzində “Seytnot”dakı suala cavab vermək  kimi bir vəzifə dururdu. “Qonaq” bölməsində direktor müavini Aida xanım  Tağıyevanın  iştirak etməsi və “Bilicilər”ə qarşı oynaması gözlənilməz olsa da,tədbirə xüsusi rəng qatmış oldu. Gərgin keçən  və qaydalara ciddi əməl olunan yarışmadan Səfərov Heydərin kapitan olduğu “Bilicilər” komandası qalib çıxdı. “Oyunu izləyən onlarla şagird və müəllim qarşısında  duruş gətirən komanda hər cür alqışa və tərifə layiqdir” – dedi Ceyran xanım. Fərhadın “bilici” İbrahimlə birgə ifa etdiyi mahnı gərginliyi aradan qaldırmaqla komandaya dəstək vermiş oldu. Sonda  “Ən fəal oyunçu” və “Ən yaxşı sual” nominasiyalarının  qalibləri xatirə hədiyyələri  ilə mükafatlandırıldı. Bu yarışma bayram ab-havası, bayram əhval-ruhiyyəsi ilə yadda qaldı. Kollektivə bu xoş saatları bəxş edən 11f sinif şagirdlərinin hər birinə və bu tədbirin təşkilatçısı Təranə Rzayevaya minnətdarıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi