Şagirdlərdə yüksək estetik zövqun formalaşmasında maraqlıyıq

  Bu gün dil-ədəbiyyat müəllimləri qarşısında duran ümdə vəzifələrdən bir də şagirdlərdə bədii ədəbiyyata, qiraətə həvəs oyatmaq, mütaliə vasitəsi ilə yüksək estetik zövq formalaşdırmaqdır. Məqsədə nail olmaqda teatr tamaşaları  güclü təsir vasitəsi kimi müstəsna əhəmiyyət daşıyır.  Proqram    materiallarına uyğun olaraq teatr tamaşalarına baxış məktəbimizdə artıq ənənə halını almışdır.  Gənc Tamaşaçılar Teatrının repertuarında özünə möhkəm yer almış baxımlı tamaşalardan biri də Cənnət Səlimovanın quruluş verdiyi Cəfər Cabbarlının “Aydın” əsəridir ki, bu tamaşanı 11-cilər səbirsizliklə gözləyirdilər. Belə ki,11-ci sinif rus bölməsinin “Azərbaycan dili” dərsliyində C.Cabbarlı haqqında kiçik bioqrafik məlumat və “Aydın” əsərindən bir parça verilmişdir. Aydın və Gültəkin – gənc ər-arvad arasında olan kiçik dialoqdan məlum olur ki, ailə maddi çətinlik içərisindədir. İmkanlı və adlı-sanlı ailədən olan Gültəkin Aydını sevir. Aydın etiraf edir ki,”Gültəkin,səni xoşbəxt yaşada bilmirəm.” Bu  kiçik parçanın oxusu və təhlili, əsərdən bəzi epizodların, hadisələrin düyünləndiyi bir hissənin nəql edilməsi ilə şagirdlər “intizarda” qalmışdılar. Nəhayət, onbirincilərə bu günlərdə aylardan bəri səbirsizliklə gözlədikləri tamaşanı izləməklə bütün suallara cavab tapmaq qismət oldu. Sonsuz maraqla izlənən tamaşa hər kəsi düşündürdü, kimlərisə hətta kövrəltdi... Əsərdəki dinamika, gözəl aktyor oyunu, dekorasiya,musiqi, əlbisələr  diqqət çəkirdi. Fənn müəllimi Təranə Rzayeva və direktor müavini Aida Tağıyeva ilə birgə  izlənilən  tamaşa şagirdlərə  həm Azərbaycan ədəbiyyatının  daha bir əsəri ilə tanış olmaq, həm də səmərəli və unudulmaz vaxt keçirmək imkanı vermiş oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi