"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı dəyirmi masa keçirilmişdir. Qoruğun əməkdaşı İradə Musayevanın rəhbərliyi ilə "Cümhuriyyət dövründə mədəni-tarixi irsə münasibət" mövzusunda keçirilən tədbirə Azərbaycan tarixinin bu dövrünün tədqiqatçıları - Musa Quliyev, Firdosiyyə Əhmədova, həmçinin "Şərq"qəzetinin redaktoru Akif Aşıqlı və digər qonaqlar dəvət olunmuşdular. Bu maraqlı tədbirdə məktəbimizin 10, 11-ci sinif şagirdləri və tarix müəllimi Lalə Məmmədova da iştirak edirdilər. Dəyirmi masa iştirakçıları tərəfindən Cümhuriyyətin mədəniyyətimizin inkişafı, tarixi abidələrin xalqın istifadəsinə verilməsi, tarixi yerlərin adlarının bərpası, dinə münasibət, maarifin inkişafı sahəsində gördüyü tədbirlər haqqında ətraflı məlumat verildi. Cümhuriyyətin liderlərinin varisləri haqqında yeni məlumatlar, xüsusiylə, şagirdlərimizin böyük marağına səbəb oldu.