Azərbaycan Dövlət İncəsənət Muzeyinə ekskursiya
Məktəbimizin təsviri incəsənət müəllimi Firəngiz Bağırovanın 2b sinif şagirdləri ilə Azərbaycan Dövlət İncəsənət Muzeyinə ekskursiyası şagirdlər tərəfindən maraqla qarşılandı. Tədris prosesində şagirdlərin öyrəndikləri məlumatları əyani şəkildə görmələri şagirdlərin bu fənnə, eləcə də, Azərbaycan incəsənət və mədəniyyətinə olan marağının artmasına səbəb olur. Etiraf edək ki, bu yaşda uşaqların bele səviyyəli muzeylərə ekskursiyaları birmənalı qarşılanmır. Biz isə, kollektiv olaraq, şagirdlərimizin milli-mənəvi dəyərlərimizə, eləcə də, etik-mədəni davranış normalarına yiyələnmələrinin kiçik yaşlardan formalaşmasını məqsədəmuvafiq hesab edirik.