YARAT Müasir İncəsənət Mərkəzində
Məktəbimizin 9"B" sinif şagirdləri sinif rəhbəri Lalə Məmmədovanın rəhbərliyi ilə YARAT Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə iştirak ediblər. Vaçiko Çexçianinin "Qış orada deyil" filmini izləyən şagirdlər film barədə təəssüratlarını bölüşdükdən sonra, amerikalı Stiven Roundsun "Vilkomen nəzəriyyəsi" adlanan kompozisiyasını izləmişlər. Müəllif bu kompozisiyada təbii fəlakətlər, qlobal problemlər və onların nəticələrini cəmiyyətin diqqətinə çatdırmağa çalışmışdır. Azadlıga can atan qullarin təsvirini əks etdirən İranlı heykəltaraş Reza Arameşin "Rezonans bağları" və Belçikalı rəssam Jan Fabrenin suni ipək üzərində 25 min qələmlə çəkilmiş "Yerdən ulduzlara yol çəkilməyib " əsərləri şagirdlər tərəfindən xüsusi maraqla qarşılandı. Polyak rəssamı Qoşqa Masuqanın müharibələr nəticəsində bəşəriyyətin məhvindən bəhz edən birinci, sivilizasiyanın yenidən oyanışını əks etdirən ikinci əsəri barədə şagirdlərin təzadlı fikirləri müzey iştirakçılarının da diqqətini cəlb etdi. Müasir İncəsənət Mərkəzində sərgilənən bu əsərlər şagirdləri bəşəriyyətin qlobal problemləri haqqında bir daha düşünməyə vadar etdi.