Yolun açıq olsun, Fərid!

“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında 2017-ci ildə yüksək nəticə əldə edən məşqçi-müəllimlərin və idmançıların təltif olunma mərasimi keçirilib.Tədbirin keçirilməsində məqsəd məşqçi-müəllimlərin və idmançıların əməyini qiymətləndirmək, onların daha yüksək nəticələr əldə etmələrinə stimul yaratmaqdan ibarət olub. 2017-ci ildə müxtəlif idman növləri üzrə yüksək nəticə əldə etmiş idmançılar arasında məktəbimizin X sinif şagirdi Fərid Ağayevin olması və “Təhsil” Respublika İdman Mərkəzinin Fəxri fərmanı və hədiyyələrlə təltif edilməsi bizi sevindirir. Kollektiv olaraq Fəridin gələcəkdə repsublikamızı nəinki Avropa və dünya çempionatlarında, hətta olimpiya oyunlarında ləyaqətlə təmsil edəcəyinə əminik. Yolun açıq olsun, Fərid!