"Məktəbin ən güclü atletisən" yarışı

Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə" həsr olunmuş "Məktəbin ən güclü atletisən" adlı yarışda məktəbinimizin 2004-2005-ci təvəllüdlü 50 şagirdi iştirak edirdi. Yarışın təşkilində məqsəd şagirdlər arasında atletika idman növünə marağın güclü atlet adını qazanmaq üçün sağlam rəqabətin formalaşdırılması idi. Bu yarışda Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə, beynəlxalq və respublika dərəcəli məşqçi, hakimlər və məktəbimizin fiziki tərbiyə müəllimləri də iştirak edirdilər. Sonda Azərbaycan Atletika Federasiyası tərəfindən qalib şagirdlər diplomlar və medallarla  təltif olundular. Eyni zamanda məktəbimizin fiziki tərbiyə müəllimlərinə təşəkkürnamə və hər bir iştirakçı şagirdə sertifikatlar təqdim  olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi