"Məktəblinin Dostu" Xəmsə Milli İntellektual oynunda

Məktəblinin Dostu" layihəsi şagirdlərin intellektual bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təşəbbüslə çıxış edərək növbəti tədbirini həyata keçirdi. Gənclərin İntellektual İnkişafı Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 189-190 saylı tam orta məktəbdə, ev sahibliyi edən məktəblə bərabər 20 saylı məktəb-liseyin, 27 və 286 saylı tam orta məktəblərin iştirak etdiyi XƏMSƏ Milli İntellektual Oyunu keçirildi.  Şagirdlər tərəfindən rəğbətlə qarşılanan intellektual oyunda hər məktəb dörd nəfər şagird və bir nəfər Məktəblinin Dostu ilə təmsil olunurdu. Yarışmanın nəticələrinə əsasən, 189-190 saylı məktəb I, 27 və 20 saylı məktəb isə II və III yerlərə layiq görüldülər. Sonda yarış qaliblərin mükafatlandırılması ilə yekunlaşdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi