Azərbaycanın özü qədər əbədi
Dekabrın 12-si Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Cismən yoxluğuna alışa bilmədiyimiz bu illər ərzində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin Fəxri xiyabanda uyuyan məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilmişdir. Öz titanik fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan Heydər Əliyev azərbaycanlı olmasından necə böyük qürur duydusa bizlər dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar da onunla fəxr edir, qürur duyuruq.
Məktəbimizdə Ümummilli lider Heydər Əliyevin anım günü münasibətiylə tədbir keçirildi. Anım mərasimində Ulu Öndərin keçdiyi həyat yolu, irsi, siyasi fəaliyyətindən söz açıldı, Əbədiyaşar Lider haqqında yazılmış bədii əsərlərdən nümunələr söylənildi, onun haqqında hazırlanmış maraqlı və təsirli video-çarx nümayiş etdirildi. Tədbirin sonunda məktəb direktoru Ceyran Kuliyeva dahi şəxsiyyətin uzaqgörən və müdrük siyasətinin möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.
12 dekabr 2003-cü il... bu gün Azərbaycan dövlətçiliyi tarixində bu dövlətin memarının anım günü kimi yadda qalacaq. Xalqımızın böyük oğlu, müstəqil dövlətimizin yaradıcısı, müdrik siyasətçi, millət atası, türk dünyasının lideri Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
O, bir günəş idi-işıqlı,nurlu.
O bir dahi idi-mərd və qürurlu.
Onun hər bir əməli, işi Azərbaycan üçün keçmiş deyil, gələcəkdir. Hələ neçə-neçə nəsillər Heydər Əliyev irsinə üz tutacaq, bu zəngin həyat təcrübəsindən bəhrələnəcəklər.
Bəli, Ulu Öndər! Sənin yerin daim görünəcək!...