Şagirdimizin şahmatdakı uğuru

Məktəbimizin IV ”B” sinif şagirdi Salman İmamverdiyev Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi “16 yaşadək yeniyetmələr arasında şahmat üzrə Bakı şəhər birinciliyi” yarışında qalib gələrək 1-ci dərəcə normasını qazanmış və medalla təltif olunmuşdur. Əldə etdiyi nailiyyət münasibəti ilə onu ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar diləyirik. Onu da qeyd edə bilərik ki, Salman İmamverdiyev yüksək riyazi və məntiqi təfəkkürə malik şagirddir. Dəfələrlə sınaq imtahanlarında iştirak edərək yüksək bal toplayıb, təltifnamələr qazanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi