Molla Pənah Vaqifin 300 illik yubileyi keçirildi

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2017-ci il tarixli “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən məktəbimizdə tədbir keçirildi. Molla Pənah  Vaqifin YUNESKO-nun “2016–2017-ci illər  üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.  Vaqifin klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.  Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.

Molla Pənah Vaqif  yaradıcılığını sevə-sevə öyrənən məktəbimizin  şagirdlərinin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılandı. Şagirdlərin ifasında səslənən  şeirlər, müsiqilər  onun zamana söykənən  poeziyasından  soraq verirdi. Dahi Azərbaycan  şairi  Səməd Vurğunun “Vaqif” dramından bir hissəni tamaşaçılara təqdim edən X sinif şagirdlərinin çıxışı alqışlarla qarşılandı.

Vaqifin sözlərinə yazılmış “Durnalar” mahnısının Azərbaycan Milli Konservatoriyasının 2-ci kurs tələbələri Asif Piriverdiyev, Nicat Umbayev, Elşən Məmmədov, Əşrəf İmamzadənin ifasında səslənməsi,eləcə də   Beynəlxalq Müsabiqələr laureatı, Prezident  təqaüdçüsü, məktəbimizin  məzunu Emin Hüseynovun təqdim etdiyi musiqi çələngi Molla Pənah Vaqif yaradıcılığına olan məhəbbətin təzahürü  idi.

Tədbirin sonunda məktəbin direktoru Ceyran Kuliyeva tədbir iştirakçılarına təşəkkür etdi.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi