Şagirdlərimiz Qərbi Kaspi Universitetində "Açıq qapı" günündə

Məktəbimizin şagirdləri Qərbi Kaspi Universitetində "Açıq qapı" günündə iştirak ediblər. Şagirdlərə Universitetin yeni qurulmuş tədris binasında Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində yerləşən müasir və unikal laboratoriya və mərkəzlər barədə məlumat verilib, praktik nümunələr nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.