Hüseyn Cavidin ev muzeyində növbəti dərs

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi, ədəbiyyatımızın söz və fikir zadəganı Hüseyn Cavidin anadan olmasının  135 illiyi  münasibəti ilə  məktəbimizin 11”A” sinif  şagirdləri ədəbiyyat fənnindən növbəti mövzunu dramaturqun ev muzeyində  keçdilər.

Muzeyin əməkdaşları ilə birgə təşkil olunan bu dərsdə Hüseyn Cavidin  həyat və yaradıcığı haqqında şagirdlərin əldə etdiyi məlumatlar dinlənildi. Bütün həyatı, yaradıcılığı  boyu öz sənət idealına xəyanət etməyən, onu satmayan gözəllik və sevgi şairi Cavidin şagirdlərin  ifasında səslənən  şeirləri dahi sənətkarın yaradıcılığına olan hüsn-rəğbətdən irəli gəldi. Muzey əməkdaşları tərəfindən eksponatlarla tanış edilən şagirdlərdə Hüseyn Cavid şəxsiyyətinə olan ehtiram bir daha artmış oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi