“Yol təhlükəsizliyi” müsabiqəsində üç nominasiya üzrə qalibik

“Azərbaycan Milli Avtomobil klubu” İctimai Birliyi tərəfindən “Yol təhlükəsizliyi” mövzusunda Bakı şəhər məktəbliləri arasında keçirilən müsabiqənin mükafatlandırma mərasimi 27 noyabrda Beynəlxalq Mətbuat Mərkəzində keçirilmişdir. Müsabiqədə beş nominasiya nəzərdə tutulmuşdur. Sevindirici haldır ki, məktəbimizin şagirdləri bu müsabiqənin üç nominasiyasında iştirak etmiş və hər üç nominasiya üzrə qaliblər arasında yer almışlar. Bakı şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi Polkovnik V.Əsədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri sektorunun məsləhətçisi S. Ağalarova və lahiyə qrupunun rəhbəri A. Allahverənovun iştirak etdiyi tədbirdə çıxış edənlərin hər biri bu layihənin vacibliyini vurğulamışlar. Sonda qaliblər mükafatlandırılmışdır. Video nominasiyasında iştirak edən 3”C” sinif şagirdləri birinci yerə, kreativ işlər nominasiyasında iştirak edən 2”A” sinif şagirdi Mirmürsəl Mürsəl ikinci yerə, şəkil nominasiyasında iştirak edən 4”A” sinif şagirdi Xədicə Qarazadə dördüncü yerə layiq görüldülər. Bütün qalibləri ürəkdən təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi