Globallab : “Gəlin elmlə məşğul olaq”

189-190 №-li məktəb “Gəlin elmlə məşğul olaq. Birgə kəşf edək” – devizi altında fəaliyyət göstərən Beynəlxalq Globallab layihəsinə qoşulmuşdur. Layihə düşünməyi öyrədir. Məktəb dərsliklərini oxumaq, vərəqləyib əzbərçiliklə məşğul olmaq ,tanış laboratoriya işlərini məlum cavablarla təkrarlamaq yox, əksinə, əsl axtarış dünyasına baş vurmaq imkanı verir. Globallab bütün yaşda olanlar üçün əsl tədqiqiat meydanıdır. Bu layihə hər kəsə öz şəxsi tədris layihəsini hazırlamağa, tədqiqat işini nümayiş etdirməyə, öz həmfikirlərinin diqqətini çəkməyə imkan yaradır. Layihə iştirakçıya dərc olunmaq,tanınmaq üçün şərait yaradır. Və kimsə ola bilsin ki, əsl kəşfə imza atmış olsun. Globallab yaşadığımız bu əsrarəngiz dünyanın sirlərilə maraqlananlar, ümumiyyətlə, geniş maraq dairasənə malik olanlar, öz ağlı ilə uğura nail olmaq istəyənlər üçündür. Məktəbimizin Beynəlxalq Globallab ailəsinə qoşulmaqda məqsədi şagirdlərə yeni real biliklər əldə etmək, araşdırma bacarığını inkişaf etdirmək, ən gözlənilməz suallara cavab tapmaq, ziddiyətləri bir araya gətirmək, həmçinin, Beynəlxalq müsabiqələrdə iştirak etmək imkanı yaratmaqdır. Məktəbin müəllim və şagird kollektivi bu istiqamətdə yaradıcı fəaliyyətini uğurla davam etdirir və qələbələrə imza atmağa iddialıdır.