IX siniflərdə həyata keçirilən monitorinq

25 noyabr Təhsil Nazirliyi və BŞTİ tərəfindən Bakı şəhəri ümumtəhsil məktəblərində IX sinif şagirdləri üçün ana dili və riyaziyyat fənlərindən monitorinq həyata keçirilir. Monitorinqin təşkili məsələləri son 3 gün ərzində məktəbdə təşkil edilmiş – nəzarətçilər təyin edilmiş, şagirdlər və nəzarətçilər müvafiq təlimatlarla ətraflı tanış edilmiş, əvvəlcədən IX sinif şagirdlərinə cavab kartlarının doldurulması qaydaları öyrədilmişdir. Eyni zamanda şagirdlərin psixolojı cəhətdən monitorinqə hazırlıqlı olması məqsədi ilə onlarla məktəb rəhbərliyi, fənn müəllimləri və sinif rəhbərləri tərəfindən söhbətlər aparılmışdır. Bu gün saat 1000-da monitorinqə başlanılıb. Qeyd etmək lazımdır ki, bugünkü monitorinqdə şagirdlərlə bərabər IX sinifdə ana dili və riyaziyyar fənnini tədris edən müəllimlərdə iştirak edib və sualları cavablandırmalı olublar.