Məktəbimiz Ingilis Dili Mərkəzi Layihəsinə qoşulub

Məktəbimiz Təhsil Nazirliyi və British Council-ın birgə əməkdaşlığı ilə həyata keçirilən İNGİLİS DİLİ MƏRKƏZİ LAYİHƏSİnə qoşulub. Layihənin məqsədi İngilis dilini öyrənənlərə bu dilin zəngin resurslarına açılış imkanları yaratmaqla, onların ünsiyyət qabiliyyətlərini inkişaf etdirməkdir. Layihə çərçivəsində məktəbimiz mərkəz olmaqla ətrafda yerləşən 4 məktəbin (1, 16, 91,173) ingilis dili müəllimləri və şagirdləri üçün açıq olacaq. Şagirdlər üçün müxtəlif klublar British Council təlimçiləri tərəfindən təlim keçmiş dəstək qrupu müəllimləri tərəfindən həyata keçiriləcək. Layihə çərçivəsində şagirdlər üçün əyləncəli fəaliyyətlər (Klublar), İngilis dilli ünsiyyət klubu, Oxu klubu, Əyləncəli onlayn proqramlar, Dram dərsləri təşkil olunacaq. İngilis dili müəllimlərinin peşəkar inkişafını dəstəkləmək üçün Mərkəzdə ayda təqribən 2 dəfə olmaqla yerli və beynəlxalq təlimçilər tərəfindən təlimlər keçiriləcəkdir. Mərkəzin işində ən fəal iştirak edən 3 müəllim Böyük Britaniyada təlim keçmək üçün seçiləcəkdir.Ümidvarıq ki,bu layihə şagirdlərdə ingilis dilinin ünsiyyət vasitəsi kimi inkişafına təkan vermiş olacaq.