“Bir damcı su”

189-190 №li məktəbdə verilən açıq dərslər hər zaman özəlliyi ilə fərqlənib. Belə dərslərdən biri də “Globallab” layihəsi çərçivəsində müəllim Nigar Fiqarovanın 3f sinfində keçdi. “Həyat bilgisi” dərsi həyat mənbəyi olan suya həsr edilmişdi. Riyaziyyat, oxu,musiqi,bədən tərbiyəsi fənlərinə inteqrasiya edilməklə keçilmiş dərsin məqsədi məktəblilərə suyun insan həyatı və sağlamlığı üçün necə vacib önəm daşıdığını və elə bu səbəbdən də suyun hədər yerə axıdılmamasının, suya qənaət edilməsinin, su hövzələrinin qorunmasının vacibliyinə bir daha diqqət çəkməkdən ibarət idi. Sinif otağı kiçik laboratoriyanı xatırladırdı. Müəllim çox sadə, ilk baxışdan adi görünən təcrübələr vasitəsilə və anlaşıqlı bir dillə suyun fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini izah etməyə nail oldu.Sinifdəcə suyun buxara və yenidən suya,bəzən buza çevrilməsi, rəngə boyana bilməsi, torpağın suda həll olması kimi maraqlı təcrübələr aparıldı. İnsanın suya olan tələbatı, suyun orqanizmdəki funksiyaları haqqında dəyərli məlumatlar əldə edən şagirdlər sonda planetdə dövr edən suyun həqiqətən həyat mənbəyi olması kimi çox mühüm bir nəticələrə gəlmiş oldular. Sonda müəllim N.Fiqarova dərsdə iştirak edənlərə içməli su paylamaqla belə bir çağırış etdi: “Sağlam yaşamaq üçün su için” .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi