Məktəbin rəhbərliyi “Öyrənməyi öyrənmək” adlı 2-ci Beynəlxalq təlim konfransında

Noyabrın 16 və 17-də məktəbin rəhbərliyi Ceyran Kuliyeva və tədris işləri üzrə müavin Aida Tağıyeva Azərbaycan Müəllim İnkişaf  Mərkəzinin təşkilatçılığı ilə “Öyrənməyi öyrənmək” adlı 2-ci Beynəlxalq təlim konfransında iştirak ediblər. Konfrans  üç tanınmış beynəlxalq tədqiqatçı-eksperti:  Leyn Klarkı, (Kanada), Mətt Bromlini (BK), Tristan Stobini (BK) Bakıda bir araya gətirmişdir.

Yüksək təsirə malik tədris təcrübəsi və qiymətləndirmə strategiyaları üzərində qurulan zəngin kurikulum və güclü pedaqogikanın yaradılması və tətbiqi sahəsində yüksək nüfuz qazanmış mütəxəsis Leyn Klark, məsləhətçi, məruzəçi və təlimçi işləməklə yanaşı, müəllimlik və təhsil liderliyi üzrə 18 illik iş təcrübəsi olan TES, SecEd, Headteacher Update, SEN Leader TES, School Business Manager jurnalı və School İnspection+İmprovement kimi müxtəlif qəzet və jurnallarda çoxsaylı məqalələrlə çıxış edən Mətt Bromli, Kembric Beynəlxalq İmtahanlarında təhsil üzrə direktor, Kurikulumun Yaradılması üzrə Beynəlxalq Bakalavriat proqramının rəhbəri Tristan Stobi kimi tanınmış ekspertlərin məruzələrini dinləmək,onlarla maraqlı fikir mübadiləsi aparmaq  peşəkarlıq  səviyyəsinin artırılmasında maraqlı olan hər bir  təhsil işçisi üçün çox əhəmiyyətli idi. Rəhbərlik konfrans ərzində  ekspertlərin “Real öyrənmək”, “Öyrənməni reallaşdır”, “ Öyrənməyi öyrənmək”, “Öyrənməyə liderlik”, “Real  düşüncə”,  “Müəllim peşəkarlığının artırılması yolları”  kimi təqdimatlardan əldə etdiyi bilgilərin  kollektiv üzvləri ilə bölüşdürülməsi,  müasir təhsilimizə tətbiqi münasib olanların reallaşdırılması istiqamətində mühüm addımlar atacaq ki, bu da məktəbdə təlimin keyfiyyətinin yüksəlməsinə xidmət etmiş olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi