Şagirdlərimiz "Ölkəmizi tanıyaq" layihəsində

Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Göygöl və Şəmkirlə tanışlıq şagirdlərimizin zəngin səfər təəssüratları ilə başa çatıb. Məktəbimizin şagirdləri əvvəlcə  əsası 1819-cu ildə Almaniyanın Virtemberq krallığından gələn koloniyaçılar tərəfindən qoyulan  Göygöl şəhərini ziyarət ediblər. Vaxtilə almanlar tərəfindən salınan küçələrin, tikilən eyvanlı, çatmatağlı evlərin və alman lüteran kilsəsinin bu gün də olduğu kimi mühafizə olunması, kilsədə rayonun keçmişini, eləcə də almanların tarixini və məişətini əks etdirən çoxlu sayda qiymətli eksponatların qorunub saxlanılması  şagirdlərin marağına səbəb olub. Tur-aksiyaya  Heydər Əliyev Mərkəzindən başlayan aksiya iştirakçısı olan şagirdlərimiz IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasına da qoşulub, Heydər Əliyev Mərkəzinin ətrafında şam ağacları əkiblər. Hər il 10 minlərlə turistin səfər etdiyi bu ərazilərdə həm də Azərbaycan təbiətinin ən nadir fauna və flora növlərinin  qorunduğu füsunkar təbiət möcüzəsi - Göygöl  bu səfərin ən yaddaqalan və unudulmaz məkanı olub. Tur-aksiya iştirakçıları sonra Şəmkirə səfər ediblər. Məktəblilərin rayonla tanışlığı orta əsr Şəmkir qalasından başlayıb. Sonra Şəmkir şəhərinin mərkəzinə gələn məktəblilər Heydər Əliyev Mərkəzini ziyarət ediblər. “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanışlıq da tur-aksiya iştirakçıları üçün yaddaqalan olub. Asudə vaxları səmərəli təşkil olun şagirdlərin bilik yarışına qatılması və bizim şagirdlərimizin bu yarışmada 2-ci yerə layiq görülməsi də, əminik ki, bu səfərin yaddaqalan məqamlarından olacaq.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi