“Bizim bayrağımız qürur mənbəyimizdir".

Bayraq mənliyimdir, Bayraq kimliyim, Bayraq – öz yurduma öz hakimliyim.Bəxtiyar Vahabzadə Dünənimizin, bu günümüzün və gələcəyimizin rəmzi olan ay-ulduzlu üçrəngli bayrağımıza ehtiram əlaməti olaraq 189-190 №-li məktəbin tarix müəllimi Lalə Məmmədova X və VIII sinif şagirdləri ilə növbəti dərsini “Bayraq muzeyi”ndə keçdi. L.Məmmədova “Azərbaycan bayrağı” mövzusunda açıq dərsinə Prezident İlham Əliyevin “Bizim bayrağımız qürur mənbəyimizdir». Canımız, ürəyimizdir” - sözləri ilə başladı. Müəllim bayrağımızın yaranma tarixi, keçdiyi şərəfli yol, bayrağa rənglərini verən mütəfəkkir Əlibəy Hüseynzadə haqqında ətraflı, geniş məlumat verdi. Şagirdlərdən Azər Məmmədov və Əzizəxanım Kazımova bayrağa həsr olunmuş şeirlər söylədilər. Muzeylə, orada nümayiş etdirilən nadir eksponatlarla – Azərbaycan xanlıqlarının bərpa edilmiş bayraqları və sənədlərlə tanışlıq şagirdlərin böyük marağına səbəb oldu. 9 Noyabr Bayraq günü münasibətilə məktəbin direktor müavini Lalə Pənahovanın və tarix müəllimi Lalə Məmmədovanın rəhbərliyi ilə təşkil edilmiş ekskursiyadan şagirdlərdə böyük təəssüratla və iftixar hissi ilə ayrıldılar. Yüksəklərdə vüqarla dalğalanan üçrəngli dövlət bayrağımızı seyr edən hər kəsin qəlbindən belə bir arzu keçdi: Daim ucalasan! Savaş günündə Əsgər silahıyla səni tən görüm. Yalnız zəfər çalmış şəhid önündə Səni alqış üçün əyilən görüm. Bəxtiyar Vahabzadə
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi