Torpağım üstünə kölgələr salan, Mənim varlığımın cilası-bayraq!

Artıq 2-ci ildir ki, məktəbimiz Bakı şəhərinin bir neçə məktəbi ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində şagird nailiyyətinin izlənilməsi və qiymətləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, eləcə də məktəbdənkənar fəaliyyətin təşkili sahəsində bir sıra tədbirlər həyata keçirilir. 7, 245 və 189-190 №-li məktəblərin birgə təşkilatçılığı ilə “Bayraq günü”nə həsr edilmiş tədbirdə hər 3 məktəbdə 3 nominasiya (inşa, rəsm və şeir) üzrə keçirilən müsabiqələrin qalibləri çıxış edirdilər. Məktəbin foyesində təşkil edilmiş rəsm sərgisi, şagirdlərin ifasında vətənpərvərlik və bayraq mövzusunda səslənən şerlər, vətənə, müqəddəs bayrağımıza olan əvəzsiz sevgidən yoğrulan inşa yazılar tədbir iştirakçılarında unudulmaz anlar yaşatdı. Tədbirin sonunda məktəblərin rəhbərləri bu əməkdaşlığın hər bir tədris ocağının fəaliyyətinə müsbət təsir göstərəcəyinə, şagirdlər və müəllimlər arasında sağlam rəqabətin formalaşmasına təkan verəcəyinə əminliklərini bildirdilər. Sonda müsabiqə qalibləri-şagirdlər hədiyyələrlə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi