ADA Universiteti Təhsilin İdarə Edilməsi fakültəsi tərəfindən orta məktəblərin müəllim heyəti üçün təşkil edilən “Dörd əsas bacarığa yönələn XXI əsr təhsili və müəllimın peşəkar inkişafı” adlı modul əsaslı təlim kursu

Pedaqojı heyətin peşə ustalığlarının yüksəldilməsi rəhbərliyin daim diqqət mərkəzində olan ən önəmli vəzifələrdən biridir. Məhz elə buna görə də məktəbimizin üç gənc müəllimi Nigar Aslanova, Leyla Mirzəyeva, Fidan Hüseynova rəhbərliyin təşəbbüsü və məktəbin daxili imkanları hesabına ADA Universiteti Təhsilin İdarə Edilməsi fakültəsi tərəfindən orta məktəblərin müəllim heyəti üçün təşkil edilən “Dörd əsas bacarığa yönələn XXI əsr təhsili və müəllimın peşəkar inkişafı” adlı modul əsaslı təlim kursuna qatılmışlar.Təlimin məqsədi tənqidi təfəkkür, ünsiyyət, əməkdaşlıq və yaradıcılıq bacarıqların aktuallığını dərk etmək, onların effektiv aşılanmasını təmin edən tədris yolları ilə tanış olmaq və təcrübədən keçirərək pedaqoji fəaliyyətdə səmərəli istifadə etməkdən ibarət olub. Innovativ, səriştəyə əsaslanan tədris metodologiyası, interaktiv sinfin idarəedilməsi, şagird-müəllim münasibəti sahəsində təkmilləşməyə ehtiyacı olan gənc müəllimlərimizin təbii ki, bu təlimlərdə əldə etdiyi bilgilər peşə fəaliyyətlərinə öz töhfəsini verəcək.