Tarixdə iz buraxanlar

Artıq bir neçə vaxtdır ki,məktəb rəhbərliyinin təşəbbüsü ilə bir çox fənlərin tədrisi muzeylərdə həyata keçirilir. Belə tədbirlər şagirdlərdə dünyagörüşünün, milli-mənəvi dəyərlərin, ictimai yerlərdə özünü ifadə etmək kimi keyfiyyətlərin formalaşmasında xüsusi rol oynayır. Növbəti dərslərdən biri ədəbiyyatımızın tanınmış siması, klassik şair, yazıçı-publisist Abdulla Şaiq Talıbzadənin“Köç” hekayəsinin məzmunu üzrə Abdulla Şaiq Talıbzadənin ev-muzeyində keçirildi. Əvvəlcə şagirdlər tərəfindən şairin məşhur şeirləri söylənildi. Sonra muzeyin əməkdaşı tərəfindən şagirdlərə A.Şaiqin şərəfli həyat yolu, keşməkeşli pedaqoji fəaliyyəti barədə maraqlı məlumat verildi. Şagirdlər 4 otaqlı mənzildə A.Şaiqin həyat və yaradıcılığını əks etdirən bütün məqamları öyrənməyə çalışaraq muzeydəki bütün eksponatlarla yaxından tanış oldular. Dərsin sonunda şagirdlərin sualları muzeyin əməkdaşları tərəfindən cavablandırıldı və onlar şagirdlərə ədəbiyyatımızı, mədəniyyətimizi unutmamağı tövsiyə etdilər. Qeyd etmək lazımdır ki, dərslərin belə formada tədrisi şagirdlərdə yalnız milli-mənəvi dəyərlərə hörmət hissi aşılamaqla bitmir, eyni zamanda onlarda ədəbiyyatımızın görkəmli nümayəndələri, eləcə də klassiklərin bədii irsinə bələd olma həvəsini artırır ki, bu da nəticədə şagirdlər arasında mütaliyəyə maraq oyadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi