Azərbaycan Müəllim İnkişafı Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən təlim

Noyabrın 2–dən 13–dək məktəbin direktoru Ceyran Kuliyeva Bakı şəhərinin 18 qabaqcıl məktəb direktoru ilə birlikdə Azərbaycan Müəllim İnkişafı Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən təlimlərə qatılmışdır. Təlimin ilk həftəsində müdavimlər Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan strateji istiqamətlərdən – “Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması” üzrə maraqlı nəzəri biliklərlə tanış oldular. Müasir təlim prosesinin qiymətləndirilməsinin təlimin inkişafına birbaşa təsiri danılmazdır. Məhz elə bu təlimlərdə də əldə olunan nəzəri biliklər təlim prosesinin qiymətləndirilməsinə istiqamətlənmişdir. Təlimin ikinci həftəsi əldə olunan nəzəri biliklərin təcrübədə sınanılmasına xidmət etdiyindən müdavimlər Humanitar Fənlər Gimnaziyası, 62№–li məktəb, eləcə də, 189–190 №–li tam orta məktəbdə 90–a yaxın dərsləri müşahidə etdilər. Noyabrın 12–də məktəbimizdə 25 dərs müşahidə olundu və “Tədrisin və təlimin qiymətləndirilməsində Qızıl standartlar”a əsasən AMİM təlimçiləri və müdavimlər tərəfindən qiymətləndirildi.Məktəbimizdə dinlənilən dərslərin nəticələri qaneedici oldu. Bu dərslərin hər biri məktəb rəhbərliyi tərəfindən dərsi dinlənilən müəllimlərin və kollektivin iştirakı ilə təhlil olunacaq. Onu da qeyd edək ki, yaxın günlərdə məktəb rəhbərliyi müəllimlərin mərhələ - mərhələ AMİM təlimlərinə qatılmasını nəzərdə tutur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi