Muzeylərdə dərslərimiz davam edir

Muzeylərdə "Açıq dərs"lərin keçirilməsi artıq ənənəyə çevrilimişdir. Dərslərin daha maraqlı və səmərəli keçirilməsi məqsədi ilə müəllimlər muzeylərdə "Açıq dərs"lər nümayiş etdirirlər. Məktəbimizin fəaliyyət planına əsasən belə dərslərdən biri də oktyabrın 31-də məktəbimizin 7 "A" və 7 "B" sinif şagirdlərinin iştirakı ilə S.Vurğunun ev-muzeyində keçirildi. Dərsdə muzeyin əməkdaşları və Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edirdilər. Dərsin mövzusu S.Vurğunun məşhur “Azərbaycan” şeirinin məzmunu üzrə iş idi. Müəllimlərdən Şəhri Hümbətova və İradə Abdullayeva şagirdlərə əvvəlcə şair haqqında geniş məlumat verdilər. Fenomenal bir nəsil olan Vəkilovların keçdiyi tarixi yola nəzər salındı. "Açıq dərs"də şagirdlər aktivlik nümayiş etdirərək, onlara ünvanlanan suallara dolğun cavab verdilər.Sonra şagirdlərin şair haqqında hazırladıqları təqdimatlar nümayiş etdirildi.Təqdimatların hazırlıq səviyyəsi muzey əməkdaşlarına xoş təəssürat bağışladı.Dərsin sonunda muzey əməkdaşları şagirdlərə S.Vurğunun şeirlər kitabını hədiyyə edib,muzeydəki eksponatlar haqqında məlumat verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi