Narkomaniya bəşəriyyətin bəlasıdır

Məktəbimizdə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail RPİ–nin İTŞ–nin rəisi polkovnik–leytenant Anar Hüseynov, eləcə də, YYÇPİTB–nin rəisi polis mayoru Ədalət Ağayev və inspektoru polis baş leytenantı Pərviz Cavadov, NMB –nin əməliyyat müvəkkili polis baş leytenantı Bəhram Qasımzadə, Səbail RİH –nin baş məsləhətçisi Əli Muradov iştirak etmişlər.Tədbir zamanı mövzu ilə bağlı göstərilən videogörüntü və videoçarx tədbirdə iştirak edən hər bir şəxsin marağına səbəb olmuşdur. Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi və IX – XI sinif şagirdləri iştirak etmişdir. Sonda isə qonaqlar müəllim və şagirdləri maraqlandıran sualları cavablandırmışlar.