Ümumi orta təhsil bazasında təhsil alanların yekun qiymətləndirilməsinə necə hazırlaşırıq

Ümumi orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə keçirilməsi nəzərdə tutulur. Hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndiriləcək. Məlumdur ki,birinci mərhələdə tədris və xarici dil üzrə şagirdlərin oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədiylə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən, riyazi bacarıqlarını yoxlamaq məqsədiylə isə açıq tipli tapşırıqlardan, ikinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə olunacaq. Şagirdlərimizin bu imtahanlardan uğurlu nəticə əldə etmələri,onların bu mərhələyə hazır olmaları məqsədiylə Məktəbin fəaliyyət planına əsasən artıq VIII və IX siniflərdə adı çəkilən fənlər üzrə inzibati yoxlama işlərinə başlanılıb. Tədris ilinin I yarısında ,yəni imtahanların ilk mərhələsinədək, rəhbərlik 3 inzibati yoxlamaların keçirilməsini nəzərdə tutub. Hər yoxlamadan sonra nəticələrin təhlil olunacağı, zəif nəticə göstərən şagirdlərlə ciddi iş aparılacağı müəllimlərə həvalə olunub. Nəzərdə tutulan tədbirlər eyni zamanda məktəbdə tədrisin keyfiyyətinə nəzarətin və pedaqoji heyətin məsuliyyətinin artırılması, təlim prosesinin keyfiyyətinin yüksəldilməsi, qüsur və nöqsanların aşkar edilib aradan qaldırılması, sağlam rəqabətin təbliğinə xidmət etmiş olacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi