Fəxri ada layiq görülənlərə təbrikimiz

Tədbirdə çıxış edən Təhsil naziri Mikayıl Cabbarov ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Son illərdə dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan danışan Mikayıl Cabbarov müəllim əməyinin insanların həyatında, peşə fəaliyyətində böyük iz qoymaqla, onların fəaliyyət sahəsinin təhsildə baş verən dəyişikliklərin əsas güc qaynağı və islahatların dinamikasını müəyyənləşdirən sfera olduğunu bildirmişdir. Mikayıl Cabbarov Müstəqil Azərbaycan gəncinin dövlətçilik ideyalarına bağlı, milli təfəkkür daşıyıcısı kimi əsl vətəndaş olaraq yetişməsində müəllimin və məktəbin üzərinə düşən vəzifələri qeyd edərək, vətəndaş tərbiyəsinin qarşıda duran əsas məqsəd olduğunu vurğulamışdır.Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunmuşdur. Sevindirici haldır ki, təltif olunanlar arasında məktəbimizin tarix müəlliimi Gülsən Soltanova da vardı. Gülsən Soltanova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Bz də Gülsən Soltanovanın timsalında bütün fəxri ada layiq görülənləri ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.