Qrant layihənin fəaliyyətinə start verildi

Məktəbimiz Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində iştirak etmiş və “Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması” mövzusu üzrə layihənin qalibi olmuşdur. Artıq Qrant layihənin fəaliyyətinə start verilib. Layihənin həyata keçirilməsinin əsas məqsədi məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqların maarifləndirilməsi, şagird portfoliolarının yaradılması, psixoloqların məktəb mühitini düzgün analiz etmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunmasıdır. Artıq layihədə nəzərdə tutulduğu kimi 11 məktəbin psixoloqu seçilib. Layihə rəhbərinin onlarla görüşü keçirilib və layihə barədə ətraflı məlumat verilib. Psixoloqlara Moskvadan dəvət olunacaq ekspertin email ünvanı, ekspertə isə psixoloqların email ünvanı göndərilib. Layihədə iştirak edəcək iştirakçılar üçün whatsap qrup yaradılıb ki, bütün məsəslələr operativ şəkildə iştikakçılara çatdırılsın. Layihədə ekspert kimi nəzərdə tutulan psixoloq Moskva şəhərindən Antonova Anna ilə scyple əlaqə qurulub v ona layihənin gedişi barədə məlumat verilib. Artıq işci qrup və ekspert arasında elektron yazışmalar başlanıb. Ekspertin noyabrın əvvəlində Bakıya səfəri planlaşdırılır və bu səfərin texniki məsələləri layihə rəhbəri tərəfindən hazırlanır.