Müstəqillik Gününə həsr edilmiş idman yarışı

"Məktəblinin Dostu"nun təşəbbüsü və məktəb rəhbərliyinin dəstəyi ilə məktəbimizdə 18 Oktyabr Milli Müstəqillik Gününə həsr edilmiş basketbol üzrə yoldaşlıq yarışı keçirilib. Yarışda məktəbimiz və 47 saylı məktəbin basketbol komandaları iştirak edib. İdman yarışı yoldaşlıq görüşünə ev sahibliyi edən məktəbimizin komandasının qələbəsi ilə başa çatıb. Oyun yoldaşlıq xarakteri daşıdığından sonda hər iki komandanın üzvləri mükafat və sertifikatlarla təltif olunublar. Belə görüşlərin təşkili məktəb şagirdləri arasında idmanın müxtəlif növlərinə olan marağın artmasına xidmət etməklə bərabər əməkdaşlığın, sağlam rəqabətin, kollektivi təmsil etmə keyfiyyətlərinin formalaşmasına da xüsusi təkan verir.