Muzey və ekskursiya gəzintilərinə start verildi

2 “d” sinfinin ilk ekskursiyası “Qala” etnoqrafik muzeyinə oldu. Muzey əməkdaşları tərəfindən xoşməramla qarşılanan şagirdlərimiz öncə 2 qrupa bölündü, sonra isə muzey əməkdaşlarının bələdçiliyi ilə eksponatlarla tanış oldular. Ekskursiya ərzində şagirdlərimiz Azərbaycanın milli – mədəni dəyərləri, qədim mədəniyyət irsi ilə yaxından tanış oldular. Qədim evlərin, karvansarayların maketləri, daşlar üzərində çəkilmiş şəkillər, 400 il tarixi olan geyim nümunələri ilə tanış olan kiçikyaşlı məktəblilər möhtəşəm musiqimizin rəmzi olan “Qaval daşı”nı seyr etdilər və hətta onlar “Qaval daşı”nda müəyyən səslər ifa etdilər. Ekskursiyanın II hissəsində uşaqlara əkib – becərməyin sirləri öyrədildi. Onlar əkin üçün torpağı hazırladılar, toxum səpib, əkin sahəsini suladılar. Ekskursiyanın sonunda bütün şagirdlərə araxçın pay verildi. Etiraf edək ki, belə ekskursiyalar şagirdlərin vətənpərvərlik tərbiyəsində, milli – mədəni irsimizin öyrənilməsində, şagirdlər arasında əməkdaşlığın formalaşmasında, eləcə də, cəmiyyətdə özünü təmsiletmə, idarəetmə bacarıqlarında mühüm rol oynayır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi