Müstəqilliyimiz əbədi və sarsılmazdır

18 oktyabr Müasir Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. Bu gün respublikamızın milli dövlətçiliyinin bərpası günüdür. 1991-ci il oktyabrn 18-də Azərbaycan Respublikasının Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” nın qəbul edilməsi ilə, 70 ildən sonra Azərbaycan yenidən müstəqilliyə qovuşdu. Müstəqillik günü bu gün bizim məktəbimizdə də qeyd olundu. Bu gün münasibəti ilə təşkil edilmiş dəyirmi masada iştirak edən X sinif şagirdləri Heydər Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmiş Müstəqil Azərbaycan Respublikasının elan olunduğu tarixi şəraiti bir daha yada saldılar. Dəyirmi masada çıxış edənlər müstəqilliyi qazanmağın nə qədər çətin olsa da, onu qoruyub saxlamağın qat-qat çətinliyindən. mürəkkəb daxili və beynəlxalq şəraitdə Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində apardığı gərgin mübarizədən, möhtərəm prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən xüsusi olaraq söz açdılar. Qürurla səslənən fikirlər arasında bu gün Azərbaycanın səsinin dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlar kürsüsündən gəlişi, Azərbaycanın iri iqtisadi və beynəlxalq layihələrdə iştirakı, Azərbaycanın dünyaya, dünyanın isə Azərbaycana gərəkli olması, regionda heç bir irimiqyaslı layihənin Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilməsinin qeyri mümkünlüyündən söz açdılar. Tədbirdə müstəqilliklə bağlı videoçarxı izləyən şagirdlər bir daha əmin oldular ki, həqiqətən, dövlət müstəqilliyi millətin siyasi sabitliyinin, milli inkişafın, milli dəyərlərin qorunmasının ən mühüm qarantıdır! Bayramımız mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi