Şagirdlərimiz Azərbaycan Milli İncəsənət muzeyində

Məktəbimizin V sinif şagirdlərinin Müstəqillik günü ərəfəsində Azərbaycan Milli İncəsənət muzeyinə ekskursiyası təşkil olundu. Ekskursiya zamanı öncə şagirdlər muzeyin akt zalında müstəqillik gününə həsr olunmuş konsert proqramına tamaşa etmiş, sonra isə muzeyin zallarını gəzmişlər. Zallarda V-XIX əsrləri əhatə edən əl işləri, rəsm əsərləri şagirdlərimiz tərəfindən heyranlıqla izlənildi. Ekskursiyanın başlıca özəlliyi isə uşaqlar üçün hazırlanmış “ Master klass” bölməsi oldu. Burada beşincilər Azərbaycan ordusunun qüdrətini təyyarə, gəmi və tankların maketləri vasitəsiylə yarada bildilər.Belə ekskursiyaların təşkili şagirdlərdə vətənpərvərlik tərbiyəsinin formalaşdırılması ilə bərabər, onların intellektual səviyyəsinin yüksəldilməsinə də xidmət edir.