AXC-nin 100 illiyi ilə bağlı dəyirmi masanın təşkili

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Bu yubileylə bağlı artıq respublikamızda bir sıra tədbirlər həyata keçirilir. Belə bir tədbir məktəbimizdə də təşkil olundu. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Əməkdar müəllim Musa Quluzadə, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi, “Şirvanşahlar sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq müzeyinin direktor müavini Təranə Babayevanın və IX sinif şagirdlərinin iştirakı ilə keçirilən dəyirmi masada müstəqilliyimizin keşməkeşli yolundan, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətindən söhbət açıldı, AXC-nin tariximizdəki yeri və rolu ətraflı təhlil edildi. Məktəbin direktoru Ceyran Kuliyeva qonaqlara öz minnətdarlığını bildirərək belə tədbirlərin məktəblilərlə tez-tez keçirilməsinin önəmini vurğuladı. Direktor bildirdi ki, Prezidentimizin imzaladığı bu sərancam Cümhuriyyət tarixinin gənc nəslə çatdırılmasında yeni imkanlar açacaq.