“Səndən öyrəndim” müsabiqəsinə yekun vuruldu

Oktyabrın 5-də "Məktəblinin dostu" layihəsinin təşəbbüsü ilə Müəllimlər gününə həsr edilən “Səndən öyrəndim” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi məktəbimizdə keçirilib.Tədbirdə millət vəkili, yazarlar, təhsil ekspertləri, şagird və müəllimlər iştirak edib.Müsabiqənin məqsədi müəllim peşəsinin dəyərinin, onlara olan xoş münasibətin şagirdlər tərəfindən ifadəsinə imkan yaratmaqdır.Müsabiqənin qaydalarına uyğun olaraq, layihəyə daxil olan 31 ümumtəhsil məktəbinin şagirdləri müəllim haqqında düşüncələrini əks etdirən video-çarx hazırlayaraq “Məktəblinin dostları”na təqdim ediblər. İlk mərhələdə ən çox baxılan 10 video -çarx seçilib və daha sonra ilk üçlüyün müəyyənləşdirilməsi üçün münsiflər heyətinə təqdim edilib. Münsiflər heyəti videoların məzmununa, səsləndirmə, keyfiyyət və yaradıcılıq səviyyəsinə görə məktəbləri qiymətləndirib.Nəticələrə əsasən, Bakı şəhəri 139 nömrəli tam orta məktəb birinci, 57 nömrəli tam orta məktəb ikinci,158 nömrəli tam orta məktəb isə üçüncü yerə layiq görülüblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi