“Biz eyni dəyərləri bölüşürük” - Avropalı qonaqlarla görüş

2016-cı ilin iyun ayında “Avropa İttifaqının Şərq qonşuluğu” layihəsinin “Gənc Avropalı Qonşular” şəbəkəsinin əsası qoyulub. Layihənin məqsədi Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna, eləcə də Avropa İttifaqına üzv dövlətlərin gənclərini bir araya gətirməkdən ibarətdir. Bu şəbəkə gənclər və gənclər təşkilatları arasında əməkdaşlıq və əlaqələri gücləndirmək, eləcə də təcrübələr,ideyalar, məlumatlar və imkanların qarşılıqlı mübadiləsini həyata keçirməyə kömək etmək məqsədi daşıyır. Almanya, Niderland, Rumuniyadan olan gənc Avropalı səfirlər Avropa birliyi Şərq tərəfdaşlığı layihəsi çərçivəsində məktəbimizin qonağı oldular. Məktəbimizin IX-XI sinif şagirdləri bu layihəyə qoşulmaq məqsədiylə Gənc Avropalı şagirdlərlə görüşə məmnuniyyətlə toplaşdılar. “Biz eyni dəyərləri bölüşürük”şüarı altında keçirilən bu görüşdə şagirdlərə şəbəkə onun məqsəd və məramı, fəaliyyəti haqqında ətraflı məlumat verildi, şagirdlər qonaqlarla birlikdə maraqlı fikir mübadiləsi apardılar və qruplar arasında müsabiqə təşkil olundu. Sonda müsabiqə qalibləri sertifikatlarla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi