Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibləri arasındayıq

Sentyabr 28-də Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdirMüsabiqə müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə 10 mövzu üzrə keçirilib. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqə çərçivəsində məktəbimiz müasir cəmiyyətdə, xüsusiylə, təhsil prosesində psixoloji xidmətin önəm və əhəmiyyətini nəzərə alaraq “Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması” müvzusunu seçmiş və qrant müsabiqəsinin qalibləri arasında yer ala bilmişdir. Bu müsabiqədə qalib olan bütün həmkarlarımızı təbrik edirik.