Dahi Üzeyir bəyi yad edərkən

18 sentyabr dahi bəstəkar, görkəmli musiqişünas, yazıcı, publisist, ictimai xadim, maarifçi Üzeyir Hacıbəyovun doğum günü və Milli Musiqi günüdür. Bu gün münasibəti ilə Milli İncəsənət Muzeyində Milli Konservatoriyanın tərkibində yerləşən İncəsənət Gimnaziyası və məktəbimizin şagirdlərinin iştirakı ilə proqram təşkil olundu. Şagirdlər Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları əsasında hazırladıqları kiçik tamaşa və musiqi nömrələri ilə çıxış etdilər. Muzeydəki maraqlı ekspozisiyalarla tanış olan şagirdlər bu görüşdən yüksək əhvali-ruhiyyə ilə geri döndülər.