Biz sülhün carçılarıyıq

Sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirərən bir məfhumdur. Ona görə 1981-ci il sentyabrın 21-nin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul edildi. Sülh mövzusu bu gün bir milyondan çox qaçqın və məcburi köçkünü ilə torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Bu əlamətdar günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. Hər il olduğu kimi bu il də 21 sentyabr günü məktəbimizdə “Beynəlxalq Sülh aylığı” günü kimi qeyd olundu. “Sülh aylığı” ilə əlaqədar məktəbimizdə bəzi tədbirlər keçirildi. Şagirdlərə Sülh aylığının mahiyyəti yaranma tarixi haqqında ətraflı məlumat verildi. Məktəbdə təşkil edilən dəyirmi masa şagirdlər üçün yadda qalan oldu. “Sülh deyəndə nə başa düşürsünüz?”, “ Sülhü necə bərpa etmək olar?” “ Sülh haqqında hansı əsərləri oxumusunuz?”, “ Sülh quşu hansı quşdur?”, “ Hansı Sülhməramlı Beynəlxalq Təşkilatları tanıyırsınız?” kimi suallarla zəngin olan bu tədbirdə şagirdlər öz maraqlı və ətraflı fikir və düşüncələrini açıqlayaraq Sülh- azadlıq, bərabərlik və ədalət; Sülh- bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri ; Sülh- uşaqların hər zaman ən ülvi arzusu devizlərinin əsl reallıq olduğu qənaətinə gəldilər. Şagirdlər tərəfindən açıq səma altında çəkilən maraqlı rəsm işləri də hamı tərəfindən rəğbətlə qarşılandı. Sonda şagirdlər tərəfindən “Qoy həmişə Günəş olsun, Sülh olsun!” devizi altında sülh quşu açıq səmaya uçuruldu.