“Bilik günü”nü qeyd edirik!

Respublikamızda 15 sentyabr “Bilik günü” kimi qeyd olunur. Bu münasibətlə məktəbinizdə tədbir keçirildi. Tədbirə birincilər, onbirincilər və müəllimlərlə yanaşı valideynlər və qonaqlar da qatıldı. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə məktəbin direktoru Ceyran Kuliyeva valideynləri, şagirdləri təbrik edərək ,2016/2017–ci tədris ilində məktəbin qazandığı uğurlar barədə məlumat verdi, yüksək bal toplayaraq tələbə adı qazanan şagirdlərə uğurlar dilədi. Direktor öz çıxışında əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, eləcə də I vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsilə olan xüsusi diqqət və qayğıdan söz açdı. Təhsil sahəsində aparılan islahatlardan, təhsil infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasından, təhsilin məzmunundakı köklü dəyişikliklərdən söz açan direktor xüsusi olaraq vurğuladı ki, bu gün təhsil işçiləri məsuliyyət hissini artırmadan səriştəli müəllim ola bilməzlər. Hər bir müəllim bu statusu qazanmaqla bərabər, hər bir valideyn də övladı qarşısında valideynlik vəzifəsini layiqincə yerinə yetirməlidir ki, “Təhsildə keyfiyyət ili” elan edilən 2017/2018-ci tədris ilində daha yüksək nailiyyətlər əldə edə bilsinlər . Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev də yeni dərs ilinin başlanması münasibəti ilə kollektivi- birinciləri və onbrinciləri təbrik edərək onlara arzularını çatdırdı. İlk zəngin sədaları altında birincilər və onbirincilər sinif otaqlarına üz tutdular. Bildiyimiz kimi builki Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə 2017/2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunmuşdur.Elə bu məqsədlə bütün siniflərdə sinif rəhbərləri, tarix və dil-ədəbiyyat müəllimləri tərəfindən video-roliklər və təqdimatlar əsasında hazırlanmış maraqlı dərslərdə Cocuq Mərcanlı kəndinin bərpası ilə cəmiyyətdə yaranan ruh yüksəkliyindən ,Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi şücaətdən söz açıldı, şagirdlərin mövzu ilə bağlı fikir və düşüncələri dinlənildi.Məktəb üzrə V-XI siniflərdə “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusunda inşa yazı müsabiqəsi elan edildi. Builki 15 sentaybr məktəbimizin ibtidai sinif müəllimi Nigar Fiqarovanın daha bir yeniliyi ilə yadda qaldı. Fiqarova birincilər və onların valideynlərinin iştirakı ilə keçirdiyi ilk dərsdə müəllim, şagird və valideynlər üçün “Andicmə” mərasimi təşkil etdi. Beləcə, məktəbimizdə 2017/2018-ci tədris ili başlamış oldu.Bütün kollektivə yüksək məsuliyyət, uğur və nailiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi