Şagirdimizin uğuru

Məktəbimizin fəxri Fərid Ağayev Xorvatiyada (WKF) karate idman növü üzrə 2059 iştirakçı və 67 ölkənin qatıldığı yarışda iştirak etmişdir. Bu yarış həm də 2020-ci ildə Tokiyada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsi kimi nəzərdə tutulub. Yeniyetmələr arasında 52 kq çəki dərəcəsində bürünc medala layiq görülmüş Fərid öz qələbəsi ilə bizi yenə də sevindirmişdir. Uğurların davamlı olsun, Fərid, daim Azərbaycan bayrağını yüksəklərdə dalğalandırasan!