“Leap 2017 Milli məşqçi” təlimi

Böyük Britaniyanın paytaxtı London şəhərində “Leap 2017 Milli məşqçi” təlimləri keçirildi. Bu tədbirə Argentina, Çili, Kosova, Uğanda, St. Lusiya və Azərbaycandan layihənin ən yaxşı təlimatçıları qatılmışlar. Azərbaycanı məktəbimizin fiziki tərbiyə müəllimi Namiq Cəfərov təmsil edirdi. Təlimin məqsədi Milli məşqçi yetişdirməklə, adı çəkilən ölkələrdə Atletika idman növü üzrə gənc lider və təlimatçıların iştirakı ilə yüksək səviyyəli təlimlərin təşkili idi. Təlim zamanı iştirakçılar Londonun görməli yerlərində olmuş və doğma vətənə xoş təəssuratla qayıtmışlar. Təlimin sonunda iştirakçılara beynəlxalq sertifikatlar verilmişdir. Məktəb kollektivi adından fiziki tərbiyə müəllimimiz Namiq Cəfərovu təbrik edir, ona gələcək fəaliyyətində uğurlar diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi