Son zəng

Ənənəyə uyğun olaraq məktəbimizdə son zəng tədbiri keçirilib. Son zəng mərasiminin yüksək səviyyədə təşkili və iştirakçıların yaddaşlarında uzun illər boyu qalması üçün məktəbin rəhbərliyi, şagirdlər və pedaqoji kollektivi tərəfindən müvafiq tədbirlər görülüb.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ceyran Kuliyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, hazırda ölkə rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi təhsil sahəsində də aparılan məqsədyönlü və düşünülmüş siyasətdən danışıb, məktəbin qazandığı uğurlar barədə məlumat verdi. Ceyran Kuliyeva məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladı.Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Eldar Ağayev müstəqil həyata vəsiqə qazanan məzunları və onların formalaşmasında müstəsna xidməti olan müəllimləri təbrik etdi. Tədbir həm onbirincilərin, həm də birincilərin hazırladıqları bədii kompozisiya ilə davam etdi.Sonda onbirincilərin ömür boyu həsrətlə xatırlayacağı son zəng səsləndi.