ABŞ-ın Corc Vaşinqton Universitetinin Azərbaycanda olan nümayəndə heyəti məktəbimizdə

ABŞ-ın Corc Vaşinqton Universitetinin Azərbaycanda olan nümayəndə heyəti məktəbimizdə oldu. Məktəblə tanış olan qonaqlar öncə 3f sinfində Rəna Abbasovanın riyaziyyat dərsində iştirak etdilər.Daha sonra məktəb muzeyində qonaqlar məktəbin rəhbərliyi ilə görüşdü.Məktəbin direktoru Ceyran Kuliyeva qonaqlara məktəb barədə ətraflı məlumat verməklə bərabər, onları maraqlandıran çoxsaylı sualları cavablandırdı. Müasir Azərbaycan məktəbinin, Azərbaycan təhsilinin inkişafından söz açan direktor Təhsil Strategiyasında umumtəhsillə bağlı nəzərdə tutulan bir çox məsələlərə aydınlıq gətirərək həmin faktları 189-190 № li məktəbin timsalında əsaslandırdı.Görüşün sonunda qonaqlarla xatirə şəkli çəkildi.